...

Azərbaycanda "AzDatacom" şəbəkəsinin birinci seqmenti sınaqdan keçirilir

Telekommunikasiya Materials 27 Noyabr 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir S.Babayeva/ Çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyları nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəisi Rüfət Gülməmmədovun verdiyi məlumata görə, Sumqayıt şəhəri və Abşeron rayonunu əhatə edən "AzDatacom" milli məlumatların ötürülməsi magistral şəbəkəsinin birinci seqmentinin çəkilməsi prosesi başa çatıb.

"Artıq bu rayonların ATS-i öz aralarında 10 Qb/san kanalla birləşib" - deyə Gülməmmədov bildirib.

Gülməmmədovun sözlərinə görə, sistem hazırda sınaqdan keçirilir və yaxın zamanlarda sistemin rəsmi olaraq istismara verilməsi planlaşdırılır. İstismarla bağlı tarif cədvəli hazırlanıb və təsdiq olunub.

Bununla yanaşı, regionlarda şəbəkənin ötürmə qabiliyyətinin 1 Qb/ san-dən 10 Qb/san-dək genişləndiriliməsi üçün avadandığın quraşdırılması həyata keçirilir.

Layihənin əsas məqsədi lazımi infrastrukturun yaradılması yolu ilə ölkədə genişzolaqlı İnternetin inkişafıdır.

"AzDatacom" yaradılması ilə bağlı işlər iki mərhələdə aparılır, birinci mərhələ Bakını, ikinci mərhələ Azərbaycanın digər region və şəhərlərini əhatə edir. İlk növbədə, regionlarda şəbəkə optik lifli xətlərin olduğu ərazilərdə yaradılır.

"AzDatacom" layihəsi Rabitə Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Milli Elektron İdarəetmə Təşəbbüsü" Texniki Yardım Proqramı tərəfindən həyata keçirilir və Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı tərəfindən nəzərdə tutulan tədbirlərdən biridir.

Xəbər lenti

Xəbər lenti