...

Azərfon yeni il hədiyyəsi təqdim edir- "2 SIM-Kart 1 SİM-Kart qiymətinə"

Telekommunikasiya Materials 19 Dekabr 2007 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / Azərbaycanın Mobil rabitə operatoru Azərfon BM-in mətbuat xidmətindən verilən məlumata görə, şirkət potensial abunəçilərinə yeni il hədiyyəsi - "2 SIM-Kart 1 SİM-Kart qiymətinə" təqdim edir. Nar Mobile Sim-kartı ilə paket alan hər kəs 2-ci "hədiyyəli" nömrənin sahibi olacaq.

Xüsusi hədiyyə komplektinə görə, standart ödəniş edərkən (3 AZN), abunəçi iki SİM - Kartın sahibi olur. Aktivləşdirmədən sonra bir SİM - kartın balansına 3 AZN, xüsusi yapışqanla qeyd edilmiş digərinin balansına isə, 1 AZN yüklənir. Nar Mobile Mərkəzlərində nömrə alışı zamanı abunəçi növbədənkənar sadə nömrəni pulsuz olaraq seçə bilər.

Azərfon BM ( Nar Mobile) ticarət nişanı) ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin sonlarında lisenziya əldə edib. Şirkət kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən 300.000 çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti