...

Azercell öz şəbəkəsini təkmilləşdirir

Telekommunikasiya Materials 13 Fevral 2008 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom fevralın 13-də saat 22.00 -dan başlayaraq, gecə və növbəti günün gündüz saatlarında telefon danışıqlarında mümkün problemlər haqqında abunəçilərini xəbərdar edir. Bu barədə şirkətdən məlumat veriblər.

Bu, operatorun şəbəkəsinin təkmilləşdirilməsi üzrə işlərlə bağlıdır.

Şirkət dövri olaraq rabitə keyfiyyətinin yaxşılaşdırılması üçün analoji işlər aparır.

Bu gün Azercell Telecom -un abunəçilərinin sayı 2,8 mln. nəfəri ötür.

Azercell Telecom 1996-cı il yanvarın 19-da təsis edilib və abunəçilərə qabaqcadan ödəmə əsasında xidmətlər təklif etməklə, həmin ilin 15 dekabrında fəaliyyətə başlayıb. Şirkət Azərbaycan Rabitə Nazirliyi (35.7 faiz) və Fintur Holdings şirkəti (64.3 faiz) tərəfindən təsis edilib. Fintur Holdings-in səhmlərinin 58.55 faizi TeliaSonera, 41.45 faizi isə Turkcell şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti