...

Azərbaycanda İnternetin inkişafı üzrə Koordinasiya Şurasının tərkibi müəyyənləşdirilir

Telekommunikasiya Materials 19 Fevral 2008 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən İnternetin inkişafı üzrə Koordinasiya Şurasının tərkibi müəyyənləşdirilir. Bu barədə dövlət idarəsindən məlumat verilib.

"Artıq 9 nəfərdən ibarət olmalı olan Şuraya üzvlük üçün bütün namizədlər təqdim olunub" - deyə RİTN-dən bildiriblər. Onların arasında dövlət sektoru, ictimai müəssisələr, QHT və biznes-sektorunun nümayəndələri var.

Koordinasiya Şurasının ilk iclası onun tərkibinin RİTN tərəfindən təsdiq edilməsindən sonra keçiriləcək. Nazirlikdən görüşün keçirilməsi üzrə hər hansı bir dəqiq tarix bildirməkdə çətinlik çəkiblər.

Koordinasiya Şurasına 2007-ci ilin dekabrında Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin yeni təyin olunan müavini Elmir Vəlizadə rəhbərlik edəcək.

Şuranın vəzifələrinə Azərbaycan ərazisində İnternetin inkişafı üzrə tədbirlər, qeydiyyat, domenlərin istifadəsi, bu sahədə fəaliyyətdə olan müəssisələrə elmi-metodik yardımın göstərilməsi məsələləri daxildir.

Xəbər lenti

Xəbər lenti