...

"Azeronline" öz istifadəçilərini müvəqqəti çətinliklər barədə xəbərdar edir

Telekommunikasiya Materials 11 Aprel 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı,11 aprel / Trend / Azərbaycanın internet-provayderi - "Azeronline Ltd" BM öz istifadəçilərinə 11-13 aprel tarixində gecə saatlarında Telefon Mərkəzi (Azeronline 4904994 / 2020) istiqamətində zənglərin qəbulunda müvəqqəti çətinliklər yaranacağı barədə xəbərdarlıq edib, şirkətin məlumatında bildirilir.

"Bu təkmilləşdirmə işləri ilə əlaqədardır" - "Azeronline"ın məlumatında deyilir.

"Azeronline"BM 1999-cu il dekabrın 29-da Azərbaycanın hazırda ən iri mobil rabitə operatoru olan "Azercell Telecom"un iştirakı ilə yaradılıb.

"Azeronline" internetə giriş, eləcə də ayrıca xətlərdlə qoşulma, "adsl" xidmətləri, veb-işlənmə, "mobile content", hostinq və s. xidmətlər təklif edir.

Azərbaycanda təxminən 30 internet-provayderi fəaliyyət göstərir. Onlardan yalnız ikisi dövlət müəssisəsidir. Respublikada internet istifadəçilərinin sayı 1 mln. nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti