Azərbaycan, Bakı, 24 noyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom Böyük Britaniyanın "Jersey Telecom" və Belarusiyanın "Best" operatorları ilə beynəlxalq rouminq xidmətini təklif edir.
Azercell-in məlumatında bildirilir ki, bu, Böyük Britaniya ilə sayca altıncı, Belarusla üçüncü rouminq müqaviləsidir.
Azercell abonentləri hazırda Böyük Britaniyanın "Vodafone", "One2One"(T-Mobile), "Hutchison 3G UK Ltd", "Orange", "O2 (Cellnet) Telefonica" və Belarusun "Velcom-MDC", "JLLC Mobile TeleSystems" operatorlarının xidmətindən yararlanırlar.
İndiyədək Azercell Telekom 146 ölkənin mobil rabitə operatorları ilə 364 rouminq sazişi bağlayıb.