Azərbaycan, Bakı, 29 noyabr / Trend /Azərbaycanın mobil rabitə operatoru
Azercell Telecom abonentlərini noyabrın 30-da və dekabrın 1-2-də SimSim danışıq kartlarının yüklənməsində 02:00-dan sonra mümkün nasazlıqlar barədə xəbərdar edir.
Şirkətin məlumatında deyilir ki, bu, operator şəbəkəsinin təkmilləşdirilməsi işlərilə bağlıdır.
Azercell dövrü olaraq rabitənin keyfiyyətinin yaxşılaşması ilə bağlı işlər aparır.
Azercell Telecom ölkədə iri mobil rabitə operatorudur və 3,5 mln. abonentə xidmət göstərir.