...

Nar Mobile - dan misilsiz "BəxtəvərSƏN" yeni il lotereyasının beşinci tirajı keçirilib

Telekommunikasiya Materials 12 Yanvar 2009 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı,12yanvar/ Trend / Nar Mobile tərəfindən misilsiz "BəxtəvərSƏN" lotereyasının beşinci tirajı keçirilib. Lotereyanın hədiyyələri - Honda CR-V avtomobili 9164830 qeydiyyat şifrəli abonentə qismət olub.

Yanvarın 4-dən 10-dək Dəqiqə və ya SMS şifariş edən ən  aktiv iştirakçılar Nar Mobile-dan 5 ədəd Toshiba noutbuku, 10 ədəd Nokia E71 və 50 ədəd "qızıl" nömrə əldə ediblər.

"BəxtəvərSƏN" lotereyası fevralın 1-dək davam edəcək. Abunəçilər 30 dəqiqə və ya 30 SMS sifariş etməklə, lotereyada iştirak edirlər. Qeydiyyatdan keçmək üçün abunəçi D və ya S yazaraq, 737 nömrəsinə sifariş göndərməlidir. Sifarişin qiyməti 1 manatdır. BəxtəvərSƏN lotereyasında qeydiyyatdan keçərkən bütün iştirakçılar hər bazar saat 20:30-da canlı yayımda oynanılan Honda CR-V avtomobilinin və ya 50.000 manatlıq uduşun sahibi olmaq imkanı qazanırlar.

Hər həftə ən aktiv 65 iştirakçı  Toshiba noutbuku, Nokia E71 mobil telefonu və Qızıl Nar nömrələri əldə edirlər. Yeni İl Lotereyasında abunəçinin qeydiyyat sayına heç bir məhdudiyyət qoyulmur. Lotereyada daha çox qeydiyyatdan keçməklə, abunəçi qalib gəlmək şansını artırır.

Lotereyanın növbəti  tirajı yanvarın 18-də keçiriləcək. Yeni İl Lotereyasında  qabaqcadan ödənişli Nar Mobile tarif planlarının bütün abunəçiləri olan fiziki şəxslər iştirak edə bilərlər.

Azərfon MMC (Nar Mobile ticarət nişanı) 2005-ci ilin sonunda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ölkə ərazisində mobil rabitə xidmətlərinin göstərilməsinə lisenziya alıb. Operator 2007-ci il martın 21-dən kommersiya fəaliyyətinə başlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti