...

Azərbaycan gibercinayətkarlığa qarşı mübarizə konfransında iştirak edir

Telekommunikasiya Materials 13 Mart 2009 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend /

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və kadr şöbəsinin başçısı Bəxtiyar Məmmədov Fransanın Strasburq şəhərində keçirilən gibercinayətkarlıqla mübarizə ilə bağlı beynəlxalq konfransda iştirak edir. 

Konfrans hər bir ölkə təhlükəsizliyi üçün qorxulu olan gibercinayətkarlığa qarşı dünya miqyasında razılaşdırılmış addımların qəbuluna yönəlib.

Konfrans iştirakçıları innovasiya texnologiyaların gibercinayətkarlıqda istifadəsinin üsullarını müzakirə ediblər. Bundan əlavə, bu tip cinayətkarlıqların qarşısını almaqdan ötrü müxtəlif strategiyalar müzakirə olunub. Xüsusən Avropa polislərinin gibercinayətkarıqla mübarizə taktikalarını mənimsəmələri məqsədi ilə universitetlərin yaradılması barədə razılıq əldə edilib. 

Bununla yanaşı, Məmmədov həm də Strasburqda keçirilən gibercinayətkarlıqlarla (T-CY) bağlı komitə konvensiyasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti