...

"Toshiba" Azərbaycan bazarını cəlbedici sayır

Telekommunikasiya Materials 18 Aprel 2009 10:40 (UTC +04:00)
"Toshiba" Azərbaycan bazarını cəlbedici sayır

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir N.İsmayılova /

"MDB və Baltikyanı ölkələr arasında Yaponiyanın "Toshiba" firmasının istehsalı olan noutbukların satışından Azərbaycanın payına cəmi bir faiz düşür. Buna baxmayaraq ölkədə olan satış həcmləri digər ölkələrin göstəricilərini üstələyir", - Toshiba-nın MDB və Baltikyanı ölkələr üzrə baş regional meneceri İqor Snıtko cümə günü bildirib.

"MDB və Baltikyanı ölkələr üzrə ötən il cəmi 6 milyon noutbuk satılıb. Regionun ümumi bazarındakı satışda Azərbaycanın payının az olmasına baxmayaraq ölkə şirkət üçün xüsusi maraq kəsb edir",- Snıtko deyib.

Snıtkonun sözlərinə əsasən, reallaşdırılan satışdan Rusiyanın payına 70%, Ukraynanın payına isə ölkəyə dünya maliyyə böhranı təsir edənə qədər 20% düşüb. 

Snıtko qeyd edib ki, qeyri-rəsmi məlumatlara əsasən, Toshiba firmasının noutbukları Azərbaycanın 25% bazarını təmin edir.

"Stabil valyuta kursu və müştərilərin kreditləşmə ilə çox da bağlı olmayan alıcılıq qabiliyyəti Azərbaycana marağı artırır", - Snıtko vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti