...

Azərbaycan və Rusiya telekommunikasiya şirkətləri Birgə Müəssisə yaradıblar

Telekommunikasiya Materials 29 May 2009 20:46 (UTC +04:00)
Azərbaycan və Rusiya telekommunikasiya şirkətləri Birgə Müəssisə yaradıblar

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.İsmayılov /

Rusiyanın "Synterra" QSC və Azərbaycanın "Aztelekom" İB (Dövlət rabitə operatoru) üçüncü ölkələrə telekommunikasiya xidməti göstərməkdən ötrü Birgə Müəssisə yaradacaqlar. Bu barədə Bakıda keçirilən mətbuat konfransı zamanı Rusiyanın energetika naziri Sergey Şmatko cümə günü deyib. Şmatko bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədridir.

"Bu gün Bakıda Rusiyanın "Synterra" QSC və Azərbaycanın "Aztelekom" İB arasında regional telekommunikasiya şəbəkəsinin yaradılması istiqamətində fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması barədə razılıq ələ edilib", - Şmatko qeyd edib.

Yeni birgə müəssisənin nizamnamə kapitalı 17 milyon dollar təşkil edir. Müəssisədə tərəflərin hər birinin 50% payla iştirakı nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti