...

Bakıda Microsoft-un "İnnovasiya günü" keçiriləcək

Telekommunikasiya Materials 10 İyun 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.Babayeva /

Bakıda növbəti dəfə Microsoft-un qlobal təşəbbüsü çərçivəsində "İnnovasiya günü" keçiriləcək. Bu barədə şirkətdən bildirilib.

İyunun 19-da baş tutacaq forumun keçirilməsində məqsəd yeni informasiya-kommunikasiya texnologiyalarının (İKT) Azərbaycan iqtisadiyyatına və insan fəaliyyətinin müxtəlif sahələrinə təsiri barədə fikir mübadiləsinin aparılmasıdır.  

Forumun təşkilatçıları Microsoft-un Azərbaycandakı nümayəndəliyidir.

Forumda innovasiyanın İKT-nin, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, innovasiyanın tətbiqi sahəsində biznes tərəfdaşlığı üçün əhəmiyyəti barədə məsələlər müzakirə ediləcək. Milli iqtisadiyyatda innovasiyanın inkişafı üzrə piratçılığın təsirinə böyük diqqət ayrılacaq.

Görüşdə dövlət strukturlarının nümayəndələri, Azərbaycanın aparıcı şirkətlərinin rəhbərləri, həmçinin informasiya texnologiyaları sahəsində mütəxəssislər iştirak edəcək.  

Öncə Azərbaycanda Microsoft-in "İnnovasiya günü" 2007-2008-ci illərdə keçirilmişdi. 

Microsoft Azerbaijan (korporasiyanın Azərbaycandakı nümayəndəliyi) 2005-ci ildən fəaliyət göstərir. Onun vəzifələri bazarda proqram təminatının və korporasiyanın məhsullarının inkişafı, tərəfdaş və sifarişçilərə dəstək, həmçinin korporasiyanın yeni texnologiyalarının lokallaşdırılması və Azərbaycan ərazisində sosial layihələrin həyata keçirilməsindən ibarətdir.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti