...

Azercell Telekom "Proqres" mükafatına layiq görülüb

Telekommunikasiya Materials 6 İyul 2009 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend /

"Azercell Telekom" MMC Rusiya və Azərbaycan arasında etibarlı mobil rabitə əlaqəsi yaratmasına görə "Proqres" mükafatına layiq görülüb. İyulun 3-də keçirilən təqdimetmə mərasimində Rusiya və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin ən yaxşı iştirakçılarından olan 10-dan çox şirkət mükafatlandırılıb.

"Azercell Telekom"a mükafatı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim edib.

"Azercell Telekom"un korporativ əlaqələr və sosial məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə səfirə şirkətə etdiyi etibara görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, mükafat növbəti dəfə təsdiq edir ki, "Azercell Telekom" öz abunəçilərinə keyfiyyətli və etibarlı xidmət göstərir. 

"Proqres" mükafatının ilk prezentasiyası 2008-ci ildə Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatası tərəfindən RF-nin Azərbaycandakı səfirliyi və Ticarət Palatasının dəstəyi ilə təşkil edilib. Mükafatın məqsədi Azərbaycan və Rusiya arasında ticarət münasibətlərinin möhkəmləndirilməsində iştirak edən təşkilat və şəxslərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin qiymətləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti