...

Tezliklərin elektron xəritəsinin funksional imkanları genişləndiriləcək

Telekommunikasiya Materials 8 İyul 2009 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Q.Vəliyev /

"Tezliklərin elektron xəritəsinin funksional imkanları genişləndiriləcək", - Trend -a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin telekommunikasiyalar şöbəsinin baş müşaviri Qulam Abdullayev deyib.

Rəqəmsal xəritənin təkmilləşdirilməsi üzrə işlər radiotezliklər üzrə dövlət idarəsi tərəfindən aparılır. Abdullayevin sözlərinə görə, bu gün radiosiqnalın qəbulu konkret yer, şəhər tikililərinin sıxlığı və ərazinin relyefindən asılıdır. Radiosiqnalın yayılma xüsusiyyətləri səbəbindən hazırkı şəhərsalma şəraiti pisləşə, kəsilə və ya maneələrlə qarşılaşa bilər. Bununla əlaqədar olaraq, bütün yeniliklər, məsələn tikilmiş və hazırda tikilən yeni massivlər mütəmadi olaraq xəritəyə daxil edilir.

Tezliklərin elektron xəritəsi geniş imkanlara malikdir və hazırda o, tam funksional şəkildə işlənmir. Belə ki, məsələn bu gün xəritəyə yalnız respublika ərazisində fəaliyyət göstərən TV və radio yayınlayıcılar, ötürücülərin yalnız yeri və onlar haqda məlumatlar daxil edilirsə, gələcəkdə xəritəyə mobil və simsiz genişzolaqlı rabitə operatorlarının baza stansiyalarının yerləri də daxil edələcək.

Tezliklərin elektron xəritəsi İREX-in təşkilati dəstəyi ilə Dövlət Radiotezliklər İdarəsi tərəfindən hazırlanıb. Layihənin proqram hissəsi ATDI-France şirkəti tərəfindən hazırlanıb. Onun bazasında GPS texnologiyasından istifadə olunub ki, bu da yayınlayıcıların ötürücü stansiyalarının yerinin dəqiq koordinatlarını müəyyən etmək imkanı verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti