...

"Delta Telecom" və "Rostelekom" şəbəkələri arasında ikinci birbaşa keçidin təşkil edilməsi üzrə işlər başa çatır

Telekommunikasiya Materials 24 İyul 2009 20:00 (UTC +04:00)
"Delta Telecom" və "Rostelekom" ASC şirkətlərinin şəbəkələri arasında ikinci birbaşa keçidin təşkil edilməsi üzrə layihə tamamlanır. Bu barədə cümə günü Trend Capital-a "Delta Telecom" şirkətin baş direktoru Ramazan Vəliyev bildirib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir H.Vəliyev /

"Delta Telecom" və "Rostelekom" ASC şirkətlərinin şəbəkələri arasında ikinci birbaşa keçidin təşkil edilməsi üzrə layihə tamamlanır. Bu barədə cümə günü Trend -a "Delta Telecom" şirkətin baş direktoru Ramazan Vəliyev bildirib.

Onun sözlərinə əsasən, layihə üzərindəki işlər sentyabrda başa çatacaq. Əsas vəzifələrdən biri alternativ kanalların təmin edilməsidir. İkinci birbaşa keçid optik kabel magistralı TAE-də (Trans-Asiya-Avropa) hər hansı bir problemin yaranması halında ehtiyat rabitə kanalı qismində çıxış edir.

"Delta Telecom" və "Rostelekom" ASC arasında gələcək əməkdaşlıq niyyətləri haqqında protokol ötən ilin iyul ayında imzalanıb.

Həyata keçirilən layihə müasir texnologiyalar, STM-64 səviyyəli rəqəmsal DWDM spektral bərkitmə avadanlıqları əsasında yüksəksürətli yerüstü kanalın inşasını nəzərdə tutur. İkinci sərhəd keçidinin yolu Azərbaycan-Rusiya dövlət sərhədinin hesablanma nöqtəsidir.

Hazırda Azərbaycanın qonşu ölkələr arasında qovşaq rolunu oynayan milli şəbəkəsi Rusiyanın iki əsas operatoru ilə şimal istiqamətində birləşir. Bu birləşmələr vacib və əhəmiyyətli keçid hesab olunur və Avropa ölkələri arasında informasiya mübadiləsini həyata keçirir. İmzalanmış müqavilə əsasında Rusiyanın milli opratoru ilə 10 Gbit/s-ə kimi keçid imkanı yaradılıb, DWDM texnologiyalarının istifadəsi ilə kanalların buraxılış gücü onlarla Gbit/s ilə ölçülür.

"Delta Telecom" və "Rostelekom" arasında ticarət əlaqələri 2004-cü ildə qurulub və hələ də inkişaf dinamikasını qoruyub saxlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti