...

Azərbaycan "ITU Telecom World 2009" ümumdünya forumunda milli stendlə təmsil olunacaq

Telekommunikasiya Materials 13 Avqust 2009 14:15 (UTC +04:00)
Azərbaycan oktyabrın 5-9-da Cenevrədə (İsveçrə) keçiriləcək "ITU Telecom World 2009" ümumdünya forumu zamanı milli stendlə təmsil olunacaq, Trend Capital-a Rabitə və İnformsiya Texnologiyaları Nazirliyindən (RİTN) bildirilib.
Azərbaycan "ITU Telecom World 2009" ümumdünya forumunda milli stendlə təmsil olunacaq

Azərbaycan, Bakı, 13 avqust /T rend Capital, Q.Vəliyev /

Azərbaycan oktyabrın 5-9-da Cenevrədə (İsveçrə) keçiriləcək "ITU Telecom World 2009" ümumdünya forumu zamanı milli stendlə təmsil olunacaq, Trend -a Rabitə və İnformsiya Texnologiyaları Nazirliyindən (RİTN) bildirilib.

RİTN-dən bildirildiyi kimi, stenddə dövlət və özəl sektorun 20-dən çox İT layihəsi nümayiş etdiriləcək. Sərgiyə qoyulan bu sahənin sonuncu nailiyyətləri bir çox şeydə onun inkişafının qlobal tendensiyalarını müəyyən edir.

Forum telekommunikasiya və informasiya texnologiyaları sahəsində böyük hadisə kimi dəyərləndirilir. Azərbaycanın nümayəndə heyətinin tərkibinə İT bazarının nümayəndələri, mobil rabitə operatorları, poçt sektoru, internet provayderləri, inteqrator şirkətləri nümayəndələri daxil olacaq.

Nümayəndə heyətinə rabitə və informasiya texnologiyalrı naziri Əli Abbasov başçılıq edəcək.

Sərgidə 40 ölkədən 25 milli pavilyon da daxil olmaqla 700 şirkət iştirak edəcək. Forumda 90 ölkədən 3000 iştirakçı, eyni zamanda 70-75 ölkədən 400-450 operator və 90 ölkədən 2500 nümayəndənin iştirakı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti