Azərbaycan, Bakı, 13 avqust / Trend /
2009-cu ilin iyul ayında "Nar Mobile" bir sıra ölkələrlə GPRS rouminq müqavilələri imzalayıb. Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Sonuncu rouminq müqavilələri "Nar Mobile" ilə "Tele 2" (Estoniya, Latviya, Litva), "Viva" (Küveyt), "Eagle Mobile" (Albaniya), "Wataniya Telecom" (Maldiv a-rı) və "Globe Telecom" (Filippin) arasında imzalanıb.
"Nar Mobile" şirkətinin dünyanın 60 ölkəsinin 95 operatoru ilə rouminq müqavilələri var.
Müqavilənin imzalanması xaricdəki mobil rabitə abunəçilərinin tələblərinə cavab verməyə imkan verir.