...

Növbəti Azərbaycan şirkəti əmlak sığortası üzrə internet ərizələrin qəbuluna başlayıb

Telekommunikasiya Materials 28 Avqust 2009 13:38 (UTC +04:00)
MBASK sığorta şirkəti “MBASK Direct” layihəsi çərçivəsində internet vasitəsilə əmlak sığortası üzrə ərizələrin qəbuluna başlayıb, bu barədə şirkətin məlumatında deyilir.
Növbəti Azərbaycan şirkəti əmlak sığortası üzrə internet ərizələrin qəbuluna başlayıb

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir Q.Vəliyev /

MBASK sığorta şirkəti "MBASK Direct" layihəsi çərçivəsində internet vasitəsilə əmlak sığortası üzrə ərizələrin qəbuluna başlayıb, bu barədə şirkətin məlumatında deyilir.

Sığorta polislərinin əldə olunması üçün müştərilər ərizə yazmalı və "Visa" və "MasterCard" beynəlxalq ödəmə kartları vasitəsilə xidmətləri ödəməlidirlər.

"MBASK Direct" layihəsi Silverkey şirkəti ilə birgə həyata keçirilir. Bunun sayəsində ofisdən və evdən çıxmadan sığorta sazişi əldə etmək imkanı yaranır.

Hazırda şirkətin müştərilərinə http://mbaskdirect.az resursu vasitəsilə sığorta ödəməsinin dəyərini hesablamaq, sığorta sazişinin tərtibatı və çatdırılması üzrə qeydiyyatdan keçmək, sığorta ödəmələrinin qiymətlərinə dair öz təklifini irəli sürmək, həmçinin online rejimdə haqları ödəmək imkanı təqdim edilir.

İnternet sığorta layihəsi çərçivəsində müştərilərə avtomobil sığortası, səyyahət sığortası, klassik əmlak sığortası təklif edilir.

İnternet-sığorta sığorta məhsulunun satışı və xidmət göstərilməsi zamanı sığorta şirkəti ilə müştəri arasında qarşılıqlı fəaliyyət elementidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti