...

Nar Mobile növbəti beynəlxalq rouminq müqavilələrini imzalayıb

Telekommunikasiya Materials 9 Sentyabr 2009 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend /

Ölkə hüdudlarından kənarda öz abunəçilərinin mobil şəbəkədən istifadə zamanı rahatlığı üçün çalışan Nar Mobile növbəti beynəlxalq rouminq müqavilələrini imzalayıb.

Yeni tərəfdaşlar: Idea (Hindistan), Cell plus Mobile Communication LTD (Mavriki), Telma Mobile (Madaqaskar), Ufone (Pakistan), Telefónica O2 Slovakia (Slovakiya).

İndiyə kimi Nar Mobile dünyanın 86 ölkəsi ilə 163 rouminq müqaviləsi, 60 ölkə ilə isə 95 GPRS müqaviləsi imzalayıb.

Rouminq xidmətini aktivləşdirmək üçün Nar Mobile Mərkəzinə müraciət etmək kifayətdir.

Xəbər lenti

Xəbər lenti