...

Azərbaycanın dövlət rabitə operatoru TAC-Kart sisteminin əhatə zonasını genişləndirir

Telekommunikasiya Materials 26 Sentyabr 2009 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Şəki və Şirvan telekommunikasiya qovşaqlarında TAC-Kart sisteminin tətbiqi üzrə işlər həyata keçirir. Bu barədə Trend -a RİTN-dən bildirilib.

İdarənin verilən məlumatına görə, hazırda TAC-Kart xidməti Sumqayıt, Gəncə, Quba, həmçinin Naxçıvan Muxtar Respublikasının telekommunkasiya qovşaqlarında təqdim olunur. "Aztelekom" İB-nin gələcək planlarına TAC-Kart sisteminin bütün respublika üzrə əhatə zonasının genişləndirilməsi daxildir.

Bununla yanaşı, "Aztelekom" TAC-Kart sisteminin təkmilləşdirilməsi üzrə işlər həyata keçirir. Bu işlər yaxın zamanlarda "Aztelekom" abunəçilərinə telefon danışıqlarının həyata keçirilməsi ilə yanaşı, İntenet şəbəkəsinə giriş imkanından yararlanmağa da imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti