...

Azərbaycanın mobil rabitə operatoru Naxçıvan MR-də şəbəkəsinin əhatə zonasını genişləndirib

Telekommunikasiya Materials 13 Oktyabr 2009 18:34 (UTC +04:00)
Bakcell şirkəti Naxçıvan Muxtar Respublikasında şəbəkəsinin əhatə zonasını genişləndirib, bu barədə şirkətin məlumatında deyilir.
Azərbaycanın mobil rabitə operatoru Naxçıvan MR-də şəbəkəsinin əhatə zonasını genişləndirib

Azərbaycan, Bakı, 13 oktyabr / Trend /

Bakcell şirkəti Naxçıvan Muxtar Respublikasında şəbəkəsinin əhatə zonasını genişləndirib, bu barədə şirkətin məlumatında deyilir.

İlin əvvəlindən şirkət bütün MR üzrə 22 yeni baza stansiyasının qurulmasını həyata keçirib. Hazırda Muxtar Respublikada şirkətin baza stansiyalarının ümumi sayı 42-ə çatıb.

Yeni baza stansiyalarının istismara verilməsi Naxçıvanın avtomobil magistarallarını əhatə etməyə imkan verib.

Şirkətin şəbəkəsinin əhatə etdiyi rayonlara Sədərək, Şahbuz, Culfa, Badamlı, Sirab, Babək, Ordubad və digər yaşayış məntəqələr daxildir. Bakcell abinəçiləri EDGE texnologiyası üzrə yüksək sürətli İnternetdən də yararlana bilərlər.

Şirkətin planlarına əsasən, şəbəkənin genişləndirilməsi 2010-cu ildə də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti