...

Dünyanın aparıcı vendorları Azərbaycanın I İnternet Forumunda iştirak edəcəklər

Telekommunikasiya Materials 19 Noyabr 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir H.Vəliyev/

Dünyanın aparıcı vendorları və informasiya texnologiyaları (İT) bazarının lokal oyunçuları I Milli İnternet Forumunda iştirak edəcəklərini təsdiqləyiblər. Bu barədə Yumroo şirkətindən Trend -a bildirilib.

Bu gün Microsoft, IBM, ORACLE və Nokia şirkətləri İnternet forumunda iştirak edəcəklərini təsdiq ediblər. Yerli şirkətər arasında Ultra, Azerfon, Connect, Delta və Azericard şirkətlərinin də iştirak etməyə maraqları oyanıb.

İnternet forumu 3-4 dekabr tarixlərində Bakıda keçiriləcək. Tədbir Rabitə və İnformasiya Texnologiyaları və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutacaq.

Forumda Azərbaycanda İnternet bazarının inkişafı üzrə aktual məsələlər gözdən keçiriləcək. İT şirkətlərinin mütəxəssisləri, İnternet-servis provayderləri, həmçinin iri web-portallar onlar tərəfindən İnternet şəbəkəsi bazasında uğurla həyata keçirilən layihə və xidmətləri nümayiş etdirəcəklər.

Elektron ticarətin inkişafı və texnoparkın yaradılması forum çərçivəsində əsas mövzulardan biri olacaq. Forum iştirakçıları müasir informasiya texnologiyaları və kommunikasiya sisteminin tətbiqi məsələlərini gözdən keçirəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti