...

"Azerfon" mobil operatoru 3G şəbəkəsində xidmət göstərilməsinə dair lisenziya alıb

Telekommunikasiya Materials 1 Dekabr 2009 20:48 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC Azərbaycanda 3G şəbəkəsinin işə salınmasına dair lisenziya alıb. Bu barədə şirkətin baş direktoru Gido Helbix çərşənbə axşamı Trend Capital-a məlumat verib.
"Azerfon" mobil operatoru 3G şəbəkəsində xidmət göstərilməsinə dair lisenziya alıb

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC Azərbaycanda 3G şəbəkəsinin işə salınmasına dair lisenziya alıb. Bu barədə şirkətin baş direktoru Gido Helbix çərşənbə axşamı Trend -a məlumat verib.

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 3G standartlarını tətbiq etmək üçün operatorlar şəbəkələrin istismara verilməsi işlərinin mərhələləri haqqında, avadanlıqların texniki xarakteristikası haqqında, 3G eksperimental zonasının yaradılması təcrübəsi haqqında məlumatlar, həmçinin "Telekommunikasiya haqqında" dövlət qanununa müvafiq olaraq Dövlət Komitəsinin radiotezlkilər üzrə rəyini təqdim etməlidirlər.

Lisenziyanın hökumət tərəfindən müəyyən edilən rəsmi məbləği 11 min manatdır.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. "Azerfon" şəbəkəsi Azərbaycan Respublikasının 80 faizini əhatə edir. 2009-cu ildə "Azerfon" MMC və Vodafone PLC arasında qeyri-səhmdar tərəfdaşlıq haqqında razılaşma imzalanıb. Hazırda "Azerfon" şəbəkəsindən 1,5 milyondan çox abunəçi istifadə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti