...

"Azercell Telecom" 3G standartı üzrə lisenziya almaq üçün müraciət edib – nazir müavini

Telekommunikasiya Materials 16 Dekabr 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın ən iri mobil rabitə operatoru "Azercell Telecom" şirkəti bu həftənin əvvəlində 3G standartında xidmətlərin göstərilməsinə lisenziya almaq məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Bu barədə rabitə nazirinin müavini Elmir Vəlizadə çərşənbə günü bildirib.

Onun sözlərinə görə, şirkətin müraciətinə müvafiq qaydada baxılacaq.

Hazırda 3G xidmətinin göstərilməsinə lisenziyanın verilməsi mövcud qanunvericilik və hazırlanmış qanunlar əsasında həyata keçirilir.

"Azercell Telecom" nümayəndələrinin daha öncə bəyan etdikləri kimi, şirkət 3G standartı ilə bağlı xidmətin göstərilməsinə artıq hazırdır. Hazırda "Azerfon" operatoru həmin standartlara uyğun xidmətlərin göstərilməsi üçün lisenziyaya malikdir və artıq bu gün bu xidmətin kommersiya istismarına verilməsini elan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti