...

Bakcell abunəçiləri "Uşaqların Xilası"na artıq 35 min manat yardım ediblər

Telekommunikasiya Materials 29 Aprel 2010 19:51 (UTC +04:00)
Bakcell özünün "Bakcell Stars" adlı Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq, bu yaxınlarda sms-kampaniyaya start verib. Kampaniya zamanı hər bir Bakcell abunəçisi 1155 qısa nömrəsinə cavab yazmaqla, uşaqlara AZN 1 və ya 450 kontur yardım etmiş olacaq. Televiziya kampaniyasından sonra, Bakcell Stars bəyan edir ki, Bakcell abunəçiləri artıq 35 min manat məbləğində yardım ediblər. Bu məbləğ tamamilə "Uşaqların Xilası" təşkilatının Azərbaycandakı uşaqlara yönəlmiş təhsil proqramına xərclənəcək.
Bakcell abunəçiləri "Uşaqların Xilası"na artıq 35 min manat yardım ediblər

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bakcell özünün "Bakcell Stars" adlı Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq, bu yaxınlarda sms-kampaniyaya start verib. Kampaniya zamanı hər bir Bakcell abunəçisi 1155 qısa nömrəsinə cavab yazmaqla, uşaqlara AZN 1 və ya 450 kontur yardım etmiş olacaq. Televiziya kampaniyasından sonra, Bakcell Stars bəyan edir ki, Bakcell abunəçiləri artıq  35 min manat məbləğində yardım ediblər. Bu məbləğ tamamilə "Uşaqların Xilası" təşkilatının Azərbaycandakı uşaqlara yönəlmiş təhsil proqramına xərclənəcək.       

"Uşaqların Xilası" təşkilatının "Uşaqların Tolerantlıq Təhsili Proqramı" (UTTP) təşkilatın 2005-ci ildən etibarən Azərbaycan Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi ən uğurlu proqramlarından biridir. Bu proqram tolerantlıq, əməkdaşlıq və sağlam həyat tərzi kimi mühüm amillərə əsaslanıb.

"Save the Children" (Uşaqların Xilası) təşkilatı uşaqların hüqüqlarının qorunması və həyat səviyyələrinin inkişafı ilə məşğul olan və 1993-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən dünyanın aparıcı müstəqil təşkilatıdır.

Bakcell bir ilə yaxındır ki, Save the Children (Uşaqların Xilası) təşkilatının təhsil layihəsini maliyyələşdirir. Layihə professional aktyor və müəllimlərin iştirakı ilə beş yerli məktəbdə təhsil səviyyəsini inkişaf etdirmək üçün dram və interaktiv tədris metodikasının istifadəsini nəzərdə tutur. Bu layihənin nəticəsi olaraq ötən həftə Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş böyük tədbirdə təxminən 150 uşağın iştirakı ilə "Quşcuğazın hekayətləri" adlı kukla tamaşaları göstərilib.

Bakcell Stars inanır ki, təhsil proqramları uşaqların həyatlarında real dəyişiklik edəcək, Bakcell abunəçilərinin göstərdikləri yardım isə Azərbaycandakı digər məktəblərdə də proqramın əhatəsini genişləndirməyə imkan verəcək. Bakcell Stars Save the Children (Uşaqların Xilası) təşkilatına maliyyə dəstəyi göstərməyə davam edəcək. Bakcell Stars uşaq proqramlarını dəstəkləyən abunəçilərə öz təşəkkürunu bildirir. Bakcell abunəçilərinin 35 min manat məbləğində etdikləri yardım gələn dərs ilində əlavə olaraq daha 350 uşağa təhsil almağa imkan verəcək və əlavə ianələr daha çox uşağın həyatına daha çox şans gətirəcək.

Bakcell Stars-ın televiziya və sms-kampaniyası bu həftə sonları da davam edəcək və gələn dərs ilində ianələrin necə istifadə olunacağı barədə abunəçilərə məlumat veriləcək.

Bakcell Stars inanır ki, hər uşaq parlaya biləcək bir ulduzdur.

Bakcell Stars proqramı, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti