...

Belarus Azərbaycanın təşəbbüsü ilə "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsində iştiraka maraq göstərir

Telekommunikasiya Materials 18 İyun 2010 15:01 (UTC +04:00)
Belarus tərəfi "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsində iştiraka maraq göstərir. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Belarus Azərbaycanın təşəbbüsü ilə "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsində iştiraka maraq göstərir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir H.Vəliyev/

Belarus tərəfi "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsində iştiraka maraq göstərir. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

İdarənin məlumatına görə, bununla bağlı ölkənin mövqeyini Belarusun rabitə və informasiya naziri Nikolay Panteley Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə bildirib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbəri özünün belarus həmkarını 16-cı "BakuTel - 2010" beynəlxalq sərgisində iştiraka dəvət edib. Sərgi noyabrın 3-6-da "Baku Expo Center" sərgi-kompleksində keçiriləcək.

Bir az əvvəl Abbasovun məlumat verdiyi kimi, "BakuTel - 2010" sərgisi çərçivəsində "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsi üzrə konsorsiumun yaradılması haqda memorandumun imzalanacağı gözlənilir.

Sentyabrda BMT-nin təşəbbüsü ilə "Şərq-Qərb" layihəsi üzrə bu layihədə iştirakda maraqlı olan ölkələrin və transmilli rabitə operatorlarının iştirakı ilə iclasının keçirilməsi planlaşdırılır.

BMT Baş Assambleyasının qəbul etdiyi "yüksəksürətli transavroasiya informasiya magistralının çəkilməsi sayəsində internetə çıxışın genişləndirilməsi" haqqında qətnamə optik-lif magistralının Xəzər seqmentinin çəkilişi üzrə bütün həll edilməmiş təşkilati məsələləri kənarlaşdırır. Siyasi qətnaməyə görə, bütün regional ölkələrə bu layihənin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi tövsiyə olunur. Xəzər seqmentinin çəkilişi haqda layihə Azərbaycanın təşəbbüskarlığı çərçivəsində həyata keçiriləcək.

Bu gün Azərbaycanla Türkmənistan arasında optik-lif magistralının Xəzər seqmentinin çəkilişi məsələsi üzrə müəyyən razılıqlar əldə olunub. İki ölkənin müvafiq orqanlarına tapşırıqlar verilib və layihə dövlətlərarası komissiyanın protokoluna təqdim olunub. Azərbaycanla Türkmənistan arasında optik-lif magistralının Xəzər seqmentinin çəkilişi marşrutu qısaltmaq, Qırğızıstana, Çinə birbaşa çıxış əldə etmək üçün daha əlverişli hesab edilir.

"Şərq-Qərb" informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın irəli sürdüyü təşəbbüs BMT tərəfindən Baş Assambleyanın 64-cü sessiyasının 66-cı iclasında qəbul edilib.

Layihə, ümumilkdə, 20 ölkəni birləşdirəcək və regionun inkişafında mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasındakı "uçurum"u aradan qaldırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti