...

Biletlərin yeni satış sistemi bu prosesi azarkeşlər üçün daha rahat edəcək – AFFA-nın Marketinq və Reklamlar Departamentinin direktoru Cavid Qarayev (MÜSAHİBƏ)

Telekommunikasiya Materials 21 İyul 2010 16:37 (UTC +04:00)
Trend-in AFFA-nın Marketinq və Reklamlar Departamentinin direktoru Cavid Qarayevlə müsahibəsi
Biletlərin yeni satış sistemi bu prosesi azarkeşlər üçün daha rahat edəcək – AFFA-nın Marketinq və Reklamlar Departamentinin direktoru Cavid Qarayev (MÜSAHİBƏ)

Аzərbaycan, Bakı, 21 iyul /Trend, müxbir H.Vəliyev/

Trend-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Marketinq və Reklamlar Departamentinin direktoru Cavid Qarayevlə müsahibəsi

- Həftənin əvvəlində AFFA futbol oyunlarına biletlərin yeni satış sistemini təqdim edib. Bu sistem özündə hansı keyfiyyətləri birləşdirir və azarkeşlər üçün hansı üstünlüklərə malikdir?

- Əvvəla deyim ki, futbol oyunlarına biletlərin satış prosesinin avtomatlaşdırılması layihəsi ötən il başlayıb. Bu gün Bakının ərazisində kompüterlə təchiz olunmuş çox da böyük olmayan stendlər təqdim edən 10 avtomatlaşdırılmış ticarət nöqtələri açılıb. Futbol oyunlarına biletlərin yeni satış sistemi bu prosesi azarkeşlər üçün daha rahat edir. Paytaxtda bu cür satış obyektlərinin açılışının əsas ideyası azarkeşlərə onların istədiyi yeri müstəqil şəkildə almaq imkanlarından ibarətdir. Ticarət nöqtəsinin əməkdaşı azarkeşlərə əyani surətdə onların seçdiyi yeri nümayiş etdirir. Sistem artıq test rejimində buraxılıb və bu gün azarkeşlər avqustun 11-də təşkil olunacaq Azərbaycan - Küveyt oyununa biletləri ala bilərlər.

Gələcəkdə biletlərin satışı ilə yanaşı, azarkeşlərin stadiona tam təmin olunmuş şəkildə gələ bilmələri üçün futbol atributlarını (şərflər, breloklar, futbolkalar, kepkalar) almaq imkanlarını təqdim etmək nəzərdə tutulur.

Bu layihənin gerçəkləşməsində əsas ideyalardan biri də keçiriləcək oyunlara biletlərin satışında mövcud problemləri aradan qaldırmağa yönəldilib. Yeni texnologiyanın tətbiqi ilə biletlərin satış sistemi əhəmiyyətli dərəcədə sadələşir.

Sistem real vaxtda sektorlara olan tələbatla bağlı statistik məlumat, satışların sayı, satılmış biletlərin məbləği və s. haqqında məlumat almağa şərait yaradır.

- Biletlərin satışı üzrə ilkin statistika varmı?

- Satışa yalnız iyulun 19-da başlanılıb və bu gün artıq 500-ə yaxın bilet satılıb. Bunu son nəticə kimi hesab etmək olmaz, belə ki, biletlərin satışı oyuna bir-iki gün qalmış arta bilər, çünki belə hallar tez-tez baş verir. Bu həftənin əvvəlində biz sistemin fəaliyyəti (onun necə işləməsi, sistemə nələr daxildir və alışı necə həyata keçirmək olar) barədə kiçik təqdimat keçirdik.

Avtomatlaşdırılmış sistemin tətbiq edilməsinə qədər biletlərin satış monitorinqi sistemi digər üsulla aparılırdı ki, bu da bizim üçün çətin idi. Biletlərin satışı barədə məlumat almaq üçün bütün satış nöqtələrinə zəng etmək lazım gəlirdi və əldə etdiyimiz statistik məlumat çox vaxt qeyri-dəqiq olurdu. Məhz bunu nəzərə alaraq, biz bu prosesi tam şəkildə avtomatlaşdırmağa qərar verdik. Avtomatlaşdırma layihəsi əldə olunmuş nəticələrlə kifayətlənmir və gələcək inkişafı nəzərdə tutur. Layihənin gerçəkləşdirilməsinə əsas yardımı İslam Abuşovun rəhbərlik etdiyi "Smart Systems Technology" şirkəti göstərir.

- Nə üçün AFFA-nın seçimi məhz "Smart Systems Technology" şirkəti üzərində dayandı?

- Bizim "Smart Systems Technology" şirkəti ilə kifayət qədər sıx əlaqələrimiz yaranıb. Bu, həmin şirkətin bizim üçün həyata keçirdiyi ilk layihə deyil. Birinci layihə oyunçuların məlumat bazasının yaradılmasıdır ki, bu da peşəkar oyunçuların bazasında qeydiyyatı nəzərdə tutur. Şübhəsiz ki, tərəfimizdən bu bazanın yaradılması üzrə tender elan edildi, lakin təəssüf ki, bir çox şirkətlər bizə hazır həll təklif etdilər və təbii ki, bu bizi qane etmədi. Çünki bizdə nəzərə alınması zəruri olan xüsusiyyətlər və bəzi nüanslar mövcuddur. "Smart Systems Technology" şirkətinin həlli bizim tələblərimizə tam uyğun idi və bununla əlaqədar bizim seçimimiz məhz bu şirkətin üzərində dayandı. Mütəxəssislərin bizim tələblərimizi sözün yarısından anlamaları da vacibdir.

- Şirkətin tətbiq etdiyi yeniliklər biletin qiymətinə təsir edə bilərmi?

- Biletin qiyməti sektorlardan asılı olaraq müəyyən edilir. Biletlər 1 manatdan 10 manatadək ola bilər. Biletin qiymətinə keçirilən matçın statusu da təsir edir.

Əgər başqa ölkələrlə müqayisə etsək, biletlərin qiyməti sərfəlidir. Əlbəttə, qiyməti 20-25 manat olan VIP-biletlər də var. Onların dəyəri futbol meydançasının gözlə qavramaq qabiliyyəti ilə, oturacaqların rahat olması ilə qiymətləndirilir.

Qarşıdakı Azərbaycan - Küveyt matçına 20 minə yaxın azarkeşin gələcəyini gözləyirik. Sayın bu qədər az olması yay dövrü və məzuniyyət mövsümü ilə əlaqədardır. Adətən belə matçlara təxminən 30 min tamaşaçı gəlir.

- Bu layihə çərçivəsində elektron ödəmələrin tətbiqi mümkünlüyünə baxılırmı?

- Şübhəsiz, bizim tərəfimizdən bu varianta da baxılır və biz onun funksiyalarını artırmaq yolu ilə bu layihənin texniki səciyyəsini inkişaf etdirmək niyyətindəyik. Gələcəkdə satış nöqtələrinin tam avtomatlaşdırılmasını nəzərdə tutmuşuq ki, bu da alıcılara ödəmələri sərbəst həyata keçirməyə imkan verəcək. Söhbət nağd pul qəbul edən uzaq terminallardan gedir. Hələlik bu qurğular vasitəsilə nağd ödəmələrin həyata keçirilməsi məsələsi maliyyə əlaqələrinin nizamlanmasına mane olur.

Biz uzaq satışların bütün əlverişli variantlarına baxırıq və bizdə qarşıdakı ildə internet, bank sistemləri və mobil rabitə şəbəkələri vasitəsilə uzaq ödəmələr sisteminin tətbiqi ideyası var.

Sonuncu barədə danışarkən, qeyd etmək istərdim ki, biz Azərbaycanın mobil rabitə operatorlarından biri ilə sıx əməkdaşlıq edirik və bu gün artıq qısa məlumatların göndərilməsi vasitəsilə oyunlara biletlərin alınması üçün mobil ödəmə alətlərinin tətbiqinin mümkünlüyü barədə danışıqlar gedir. Öz növbəsində, bu, operator üçün əlavə servis deməkdir. Güman edirəm ki, bu servis artıq gələn il reallaşdırıla bilər. Layihə yenə də "Smart Systems Technology" şirkəti ilə birgə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti