...

Azərbaycanın İTU təşkilatının Şurasına seçkilər üzrə namizədliyinə Meksikada baxılacaq

Telekommunikasiya Materials 6 Avqust 2010 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Q.Vəliyev/

Azərbaycan öz namizədliyini İTU təşkilatının Şurasına (International Telecommunication Union) "C" qrupu region ölkələri üzrə keçiriləcək seçkilərə irəli sürüb. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Seçkilər İTU-nun oktyabrın 4-dən 22-dək Meksikada keçiriləcək səlahiyyət konfransı çərçivəsində baş tutacaq.

Bu günədək Azərbaycanın namizədliyi baxılmaq üçün qəbul edilib və bu istiqamətdə respublikanın Xarici İşlər Nazirliyi tərəfindən müvafiq iş aparılır.

Səlahiyyət konfransı İTU-nun təşkilatın gələcək siyasətinin hazırlanmasına cavabdeh olan ali orqanıdır. Hər dörd ildən bir çağırılan konfransda ümumi siyasət müəyyənləşdirilir, dördillik strateji və maliyyə planları qəbul edilir, təşkilatın ali rəhbərliyi, Şura üzvləri və radioreqlament komitəsinin üzvləri seçilir.

Bundan əvvəl Azərbaycan "C" qrupu region ölkələri üzrə seçkilərdə 57 səs qazanaraq təşkilatın şurasına daxil ola bilməyib. Seçkilər "A", "B", "C", "D" və "E" regionları üzrə keçirilib.

"A" regionu üzrə Braziliya, Meksika, Argentina, ABŞ, Kanada, Kuba, Trinidad,Tobaqo və Venesuela; "B" regionu üzrə Fransa, Rumıniya, Bolqarıstan, Çexiya və Ukrayna; "D" regionu üzrə Mərakeş, Seneqal, Əlcəzair, Nigeriya, Mali, Tunis, CAR, Misir, Qana, Burkino Faso, Keniya, Tanzaniya və Kamerun; "E" regionu üzrə Yaponiya, Koreya, Çin, Tailand, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Hindistan, Filippin, Səudiyyə Ərəbistanı və Avstraliya.

Xəbər lenti

Xəbər lenti