...

BMT-nin Azərbaycandakı Nümayəndəliyi kompüter avadanlığının alışına kotirovka sorğularını açıqlayıb

Telekommunikasiya Materials 21 Avqust 2010 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Q.Vəliyev/

BMT-nin İnkişaf Proqramı kompüter avadanlığının alışına kotirovka sorğularını açıqlayıb. Bu barədə BMT-nin İnkişaf Proqramının məlumatında deyilir.

BMT-nin İnkişaf Proqramı həyata keçirdiyi layihələrin İT avadanlıqla təmin edilməsi üzrə uzunmüddətli saziş bağlamaq niyyətindədir.

BMT-nin İnkişaf Proqramı keçirilən kotirovka çərçivəsində masaüstü və portativ kompüter, eləcə də çapetmə texnikasını almağı planlaşdırıb.

İştirakçıların təklifləri avqustun 25-də saat 18:00-dək BMT-nin Azərbaycandakı Nümayəndəliyində qəbul edilir.

Xəbər lenti

Xəbər lenti