...

Azərbaycanın CDMA stasionar kabelsiz rabitə operatoru şəbəkəsində yeni prefiks işə salınıb

Telekommunikasiya Materials 24 Sentyabr 2010 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Catel" şirkətinin CDMA kabelsiz rabitə standartı operatoru 415 prefiksini istismara verib. Bu barədə cümə günü şirkətdən verilən məlumatda deyilir.

Yeni prefiks operatorun nömrə tutumunu beş min ədədə qədər artırmaq məqsədilə, CDMA stasionar kabelsiz rabitə şəbəkəsində istismara verilib.

Bu gün CDMA stasionar kabelsiz rabitə operatoru şəbəkəsində, həmçinin, 417 və 418 prefiksləri də istifadə olunur, FONEX şəbəkəsində isə 202/209/210/212/213/215/218/220/222/225/250/404 prefiksləri işləyir.

CDMA kabelsiz rabitənin əhatə dairəsinə Bakı, Xırdalan, Abşeron, Sumqayıt, Şabran, Nabran, Xaçmaz, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Lənkəran, Astara, Masallı, Cəlilabad, Balakən, Şəki və Şamaxı daxildir.

Xəbər lenti

Xəbər lenti