...

Azərbaycanın mobil rabitə operatoru abunəçilərinə yeni imtiyazlar təqdim edib

Telekommunikasiya Materials 6 Oktyabr 2010 12:44 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" "Prefikslə zəng" xidmətinin müddətini oktyabrın 1-nə qədər artırıb. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" "Prefikslə zəng" xidmətinin müddətini oktyabrın 1-nə qədər artırıb. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.

Xidmət #88#050 və ya 051 kodunu yığmaqla əlverişli tariflə danışmağa imkan verir. Şəbəkədaxili zənglərin 10 dəqiqəsi "SimSim" abunəçilərinə 50 kontura, faktura xəttinin abunəçilərinə 0,40 manata (ƏDV-siz) başa gəlir.

Şirkət, həmçinin, "Paycell" xidmətinin istifadəsində yenilik yaradıb. Söhbət 15 və 25 manat dəyərində 180 və 360 günlük danışıq kartlarından gedir. Yuxarıda göstərilən kartları yükləyən abunəçilər kartın istifadə müddəti bitənə qədər hər ay "Paycell" xidmətindən 10 dəfə istifadə edə bilərlər.

Xidmət öz balansındakı konturları (100 və ya 200) istənilən "SimSim" abunəçisinin balansına köçürməyə imkan verir. Bunun üçün həmin abunəçinin nömrəsini SMS-lə 9200-a (100 kontur üçün) və 9202-a (200 kontur üçün) göndərmək lazımdır.

9200 və 9202-yə göndərilən hər SMS-in qiyməti faktura xətti abunəçilərinə 0,04/0,08 (ƏDV-siz), "SimSİm" abunəçilərinə 10/20 kontura başa gəlir.

Xəbər lenti

Xəbər lenti