...

Azərbaycan, kompüterlərin Kubadakı lokal istehsalçılara satış imkanlarına baxır

Telekommunikasiya Materials 11 Oktyabr 2010 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan kompüterlərin Kubadakı lokal istehsalçılara satış imkanlarına baxır. Bu barədə Trend-ə bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq münasibətlər şöbəsinin rəis müavini Rüfət Tağızadə məlumat verib.

Tağızadənin sözlərinə görə, əməkdaşlığın imkanları cümə günü imzalanmış informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş üzrə razılaşdırılıb.

Sənədi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Kubanın informatika və rabitə naziri Valdes Menendes imzalayıblar.

Tağızadənin sözlərinə görə, sənəd ümumiləşdirilmiş xarakter daşıyır və konkret layihələrdə gələcək əməkdaşlığın imkanlarını müəyyən etməklə başlıca sənəd rolunu oynayır. Saziş Azərbaycanıln yüksək texnoloji məhsullarının Kuba bazarında mövqe tutması nöqteyi-nəzərindən qarşılıqlı yardıma imkan yaratmalıdır.

"Bu məqsədlə Azərbaycan şirkətləri (AZEL, KÜR və Ultra) Kuba hökumətinə ali və orta təhsil müəssisələrinin auditoriyalarında istifadə olunmaq üçün 30-a yaxın stolüstü və portativ kompüter təqdim ediblər. Əsas məqsəd məhsulların bu ölkədə satışının mümkünlüyü üçün Kuba bazarı ilə ilkin tanışlıqdır. Gələcək əməkdaşlığın bundan sonra necə inkişaf edəcəyini zaman göstərəcək. Məqsəd Kuba bazarına dərhal çıxmaq deyil, hansısa konkret layihə reallaşdırılacağı halda, Azərbaycan şirkətlərinin bu ölkənin təhsil sisteminin kompüterləşdirilməsində iştirakının mümkünlüyüdür", -Tağızadə bildirib.

Xəbər lenti

Xəbər lenti