...

Rəqəmsal yayıma keçid qonşu ölkələrin teleradio kanallarının siqnallarının Azərbaycanın efir məkanına müdaxilə problemlərini aradan qaldıracaq

Telekommunikasiya Materials 16 Oktyabr 2010 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rəqəmsal yayıma tam keçməsi xarici ölkələrin teleradio kanallarının siqnallarının Azərbaycanın efir məkanına müdaxiləsi ilə bağlı problemləri aradan qaldıracaq. Bu barədə şənbə günü "Teleradio" İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov deyib.

"Efir yayımı üçün tezlik resursu bütün ölkələrə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU - International Telecommunication Union) tərəfindən ayrılır və heç bir ölkənin qonşu ölkələrə süni əngəllər yaratmağa ixtiayrı yoxdur, belə ki, belə hərəkətlərə görə İTU izahat tələb edə bilər. Efir müdaxiləsi problemi rəqəmsal yayıma keçid zamanı öz-özlüyündə həll olun bilər, belə ki, rəqəmsal kanallar demək olar, analoq yayıma əngəllər yaratmır", - Şərifov bildirib.

İTU-nun qəbul edilən beynəlxalq norma və tövsiyələrinə görə, relyefdən asılı olaraq, digər dövlətin efir məkanına 300 radius km-də müdaxiləyə icazə verilir.

Azərbaycanın efir məkanına xarici teleradio kanallarının siqnalının müdaxiləsinə təsir edən amillərdən biri də, yerli radiostansiyalar az radiuslu ötürücülərdən istifadə etməklə, efir məkanında mövcud olan boşluqları doldura bilmirlər.

Xəbər lenti

Xəbər lenti