...

Azərbaycanın mobil rabitə operatoru rouminq tariflərini azaltmağı planlaşdırır

Telekommunikasiya Materials 26 Oktyabr 2010 15:02 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC MDB məkanında öz şəbəkə abonentləri üçün rouminq tariflərinin azaldılması imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.
Azərbaycanın mobil rabitə operatoru rouminq tariflərini azaltmağı planlaşdırır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC MDB məkanında öz şəbəkə abonentləri üçün rouminq tariflərinin azaldılması imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.

Fərzəliyevin sözlərinə görə, tariflərin azaldılması MDB mobil rabitə operatorlarının operatorlararası tariflərin azaldılması haqqında razılaşmaya əsasən həyata keçiriləcək. Bu, abonentlərə daha münasib qiymətlərlə xidmət göstərməyə imkan verəcək. Tariflərin qiymətini şirkət nümayəndəsi bildirməyib.

Bu məsələyə aktuallığı bu yaxınlarda Rusiya mobil rabitə operatorlarının (MTS, "VımpelKom" və "Meqafon") dekabrın 1-dək rouminq xidmətlərə tarifləri azaltmaq təşəbbüsü ilə çıxış etmələri verib.

Rusiya mobil rabitə operatorları qarşısında qaldırılan məsələ MDB ölkələrinin dövlətlərarası antiinhisar təşkilatlarının əməkdaşlığı çərçivəsində müzakirə edilib. Bu, keçmiş sovet məkanında operatorlararası zənglərə tariflərin azaldılması üzrə ümumi strategiyanı hazırlamağa kömək edəcək.

Oxşar strategiya Avropa İttifaqı ölkələrində də tətbiq olunur. Orada operatorlararası roumiq tarifləri Avropa Komissiyası tərəfindən tənzimlənir, bu, Aİ daxilində abonentlər üçün aşağı tariflərin tətbiqinə imkan verir.

Rouminq tarifləri rouminq tərəfdaşlarla operatorlararası birləşmələrin qiymətləri hesabına formalaşdırılır. Onların azaldılması rouminq abonentlərə əlverişli qiymətlərlə xidmət göstərməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti