...

Nar Mobile uşaqlara Yeni il sevinci bəxş etdi

Telekommunikasiya Materials 8 Yanvar 2011 11:01 (UTC +04:00)
Nar Mobile tərəfindən 300 uşaq üçün Yeni il bayramı münasibətilə əyləncəli proqram təşkil edilib.
Nar Mobile uşaqlara Yeni il sevinci bəxş etdi

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Nar Mobile tərəfindən 300 uşaq üçün Yeni il bayramı münasibətilə əyləncəli proqram təşkil edilib.

Nar Mobile-ın təşəbbüsü ilə yanvarın 8-də "Landmark" biznes mərkəzinin "Rotunda" zalında bir neçə uşaq evinin iştirakı ilə 300 nəfərdən ibarət balaca balalarımız üçün Yeni il bayramı münasibətilə əyləncəli proqram təşkil edilib.

Aksiyanı keçirməkdə əsas məqsəd, ata-ana məhəbbətindən, valideyn nəvazişindən məhrum olan uşaqlara sevinc dolu gün bəxş etməkdir. "Rotunda" zalında keçirilən tədbir zamanı, estrada ulduzları tərəfindən uşaqlar üçün şən əyləncəli proqram təqdim edilib. Daha sonra teatr səhnəmizin sevimli aktyorları körpə balalara Yeni il nağılı tamaşasını göstərərək onları sevindiriblər.

Tədbirin sonunda Nar Mobile tərəfindən balaca balalarımıza hədiyyələr təqdim edilib.

Sosial layihələrlə seçilən Nar Mobile ölkəmizin gələcəyi olan uşaqları hər zaman diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir. Sosial müdafiəyə ehtiyacı olan uşaqları dəstəkləmək "Azerfon" MMC-nin korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsidir və bu siyasət bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti