...

Ukraynanın mobil rabitə operatoru Azərbaycandakı roumerlər üçün tarifləri azaldır

Telekommunikasiya Materials 25 Yanvar 2011 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend, müxbir H.Vəliyev /

Ukraynanın "Kiyevstar" mobil rabitə operatoru Azərbaycanda yerləşən öz roumerləri üçün tarifləri azaldır. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Fevralın birindən qüvvəyə minəcək yeni tariflər hazırki tariflərdən 54 faiz aşağı olacaq. "Kiyevstar" şəbəkəsinin Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda, Türkmənistanda, Özbəkistanda və digər ölkələrdəki abonentləri üçün zənglərin qiyməti aşağı salınacaq.

Fevralın birindən bu ölkələrdə ayrıca tarif zonaları ayrılacaq ki, həmin zonalarda bir dəqiqəlik danışıqğın qiyməti 16 qrivna (1 qrivna - 0,1 manat) təşkil edəcək.

"Kiyevstar" rouminqdə yerləşən abonentlər üçün də əlavə "Əks rabitə" xidmətləri də tətbiq edir. Xidmət şirkətin ev şəbəkəsində olan abonentlərinə, eləcə də Ukraynanın digər mobil şəbəkələrini abonentlərinə bir dəqiqə danışııağ görə 7,50 qrivna tarifi ilə zəng etməyə imkan verir. Bu zaman zənglərin tarifləşdirilməsi dəqiqəbaşıdır. "Əks rabitə" xidmətlərindən istifadə etmək üçün xidmətlərin təqdim edildiyi rouminq-tərəfdaş şəbəkəsində qeydiyyata mailk olmaq lazımdır. Pre-paid-abonentlərinin də hesabında bir dəqiqə danışıq üçün məbləğ (7,97 qrivna) olmalıdır.

Öz növbəsində, "MTS-Ukrayna" Azərbaycanda yerləşən abonentlərə mövcud tariflərdən 60 faiz ucuz zəng etməyə imkan verən yeni "MDB" rouminq zonasının işə salınması haqda məlumat verib. "MTS-Ukrayna"nın yeni tarifləri Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, Gürcüstanda və digər ölkələrdə fəaliyyət göstərir.

MDB-dən Ukraynadakı MTS şəbəkəsi nömrəsinə bir dəqiqəlik zəngin dəyəri 12,50 qrivna, digər Ukrayna operatorlarının şəbəkə nömrələrinə isə 16 qrivna təşkil edir.

Xəbər lenti

Xəbər lenti