...

Azərbaycan İKT sahəsindəki araşdırmalarda iştirak etmək üçün koreyalı mütəxəssisləri cəlb edir

Telekommunikasiya Materials 28 Yanvar 2011 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir H.Vəliyev /

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu informasiya-kommunikasiya texnologiyaları sahəsində aparılan araşdırmalarda iştirak etmək üçün koreyalı mütəxəssisləri cəlb edir. Bu barədə Trend-ə cümə günü institutun direktoru Rasim Əliquliyev məlumat verib.

"Koreyalı mütəxəssislərdən bəziləri artıq Bakıdadırlar, digərləri yaxın vaxtlarda gələcəklər. Əsasən elm sahəsində, Veb-texnologiyalar, informasiya təhlükəsizliyi, geoinformasiya sistemləri, data mining, text mining sahələrində tədqiqat işləri aparılır", - o, deyib.

Bir müddət əvvəl Əliquliyevin dediyi kimi, Koreyanın aparıcı professorları qrant proqramları təcrübəsində elmi təcrübə dövrü keçmək üçün Azərbaycana gəlirlər.

İnstitutun apardığı araşdırmalar Koreya tərəfinin diqqətini cəlb edib. Koreya Elmi Araşdırma Fondu akademiyanın institutunu qrant siyahısına daxil edib.

Azərbaycan ölkənin gənc alimlərinin təcrübələrinin Koreyanın müvafiq institutlarında artırılmasında da maraqlıdır. Bu gün azərbayxcanlı alimlərin bu ölkənin müvafiq strukturlarında tgəcrübə keçməsinin maliyyələşdirilməsi məsələsi artıq Koreya Elmi Araşdırma Fondu ilə müzakirə olunub. Məsələyə dair yekun qərar ona fond rəhbərliyi tərəfindən baxıldıqdan sonra qəbul olunacaq.

Koreyadan yüksək ixtisaslı mütəxəssislərin Azərbaycana səfərləri innovasiya ideyalarının və azərbaycanlı alimlərin elmi uğurlarının həyata keçməsi üçün əsas olmalıdır.

Koreyalı mütəxəssislər İTİ-nun həyata keçirdiyi təqdiqatlarda bilavasitə iştirak edir, eləcə də öz təcrübələrini tətbiq edirlər.

Əliquliyevin fikrincə, iqtisadiyyatın innovasiyalara dayanması üçün məhz innovasiya ideyaları və "nou-hou" sayəsində öz iqtisadiyyatını quran və dünyada aparıcı mövqe tutan ölkənin təcrübəsini öyrənmək vacibdir.

Xəbər lenti

Xəbər lenti