...

İnformasiya təhlükəsizliyi həllinin distribyutoru azərbaycanlı istifadəçilər üçün təklif irəli sürüb

Telekommunikasiya Materials 2 Mart 2011 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir H.Vəliyev/

İnformasiya təhlükəsizliyi sahəsində həllərin ixtisaslaşmış distribüteri "Head Techologu Azerbaijan" şirkəti kiçik və orta biznes müəssisələri üçün (KOM) Amerikanın "Proofpoint" şirkətinin həlləri üzrə xüsusi qiymətlər təqdim edib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Proofpoint" KOM üçün "Proofpoint Email Security SMB Protection Virtual" həllini təklif edən elektron poçt təhlükəsizliyi sistemini hazırlayan aparıcı şirkətlərdən biridir.

Virtual server poçt trafiki ilə daxil olan təhlükələrdən müdafiə, məxfi məlumatların sızmasının qarşısının alınması və məlumatların ötürülməsi infrastrukturunun optimallaşdırılması üçün nəzərdə tutulub. Vahid şəklə salınmış arxitektura, müdafiənin modul sistemi şirkətlərin bütün növ poçt təhlükələrindən müdafiə olunmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti