...

Nar Mobile növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 4 Mart 2011 15:20 (UTC +04:00)
2011-ci il martın 4-də Tovuz şəhərində Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.
Nar Mobile növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

2011-ci il martın 4-də Tovuz şəhərində Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.

Tovuz şəhərində açılan yeni "Nar Dünyası" satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksəkkeyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış oldular.

Nar Mobile tərəfindən təqdim edilən yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri hazırda Bakı şəhəri, Gəncə şəhəri və Salyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılacaq.

Xəbər lenti

Xəbər lenti