...

"Bakcell" internetə daxil olma ilə bağlı texniki problemləri aradan qaldırıb

Telekommunikasiya Materials 9 Mart 2011 11:18 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru "Bakcell" bildirir ki, bir az əvvəl texniki səbəblərlə əlaqədar "Bakcell" abunəçilərinin mobil telefonlar vasitəsilə bəzi internet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə daxil olmasında müəyyən texniki problemlər yaranmışdı.
"Bakcell" internetə daxil olma ilə bağlı texniki problemləri aradan qaldırıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilk mobil operatoru "Bakcell" bildirir ki, bir az əvvəl texniki səbəblərlə əlaqədar "Bakcell" abunəçilərinin mobil telefonlar vasitəsilə bəzi internet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə daxil olmasında müəyyən texniki problemlər yaranmışdı. "Bakcell" şirkəti yaranmış texniki problemləri martın 7-də gecə saatlarında aradan qaldırıb. Artıq "Bakcell" abunəçiləri əvvəlki kimi rahat şəkildə istənilən internet səhifəsinə daxil ola bilərlər.

Əlavə edək ki, yaxın günlərdə "Facebook"da "Bakcell"in rəsmi səhifəsi (fan page) öz işinə başlayacaq.

"Bakcell" şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda "Bakcell" əhalinin 95 faizini və ölkə ərazisinin 82 faizini əhatə edir. Şirkətin aktiv abunəçilərinin sayı 2,5 milyona çatıb.

"Bakcell"in məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün /www.bakcell.com/ internet səhifəsinə daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

"Bakcell" abunəçisi olmayanlar isə 055 0000 555-ə zəng etməklə operatorun xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti