...

Azərbaycanda İKT xidmətlərinin həcmi 20,2 faiz artıb

Telekommunikasiya Materials 14 Mart 2011 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir H.Vəliyev/

Yanvar-fevral ayları ərzində təşkilatlar və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 178,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 20,2 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ümumi həcmdən 74,5 faiz əhaliyə göstərilən xidmətlərin payına düşür. Bununla yanaşı, alınan gəlirlərin 64,5 faizi mobil rabitə xidmətlərinin payına düşür ki, bu da ötən ilin eyni dövr göstəricisi ilə müqayisədə 14 faiz artaraq 114,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi ölkədə informasiya-kommunikasiya avadanlığının istehsal sürətinin artdığını da qeyd edir. Beləliklə, iki ayın yekunları üzrə ölkədə kompüter, elektron, optik və elektrik avdanlıqlarının istehsalı 25 milyon manat təşkil edib.

Elektrik avadanlıqlarının istehsalında 2,6 faiz artım qeydə alınıb, eləcə də enerji transformatorlarının istehsalı sahəsində 7,3 dəfə artım olub. Bununla yanaşı, 8,9 milyon manatlıq hazır məhsul anbarlarda yerləşdirilib ki, bu da sənaye müəssisələri məhsullarının ümumi ehtiyatının 4,2 faizini təşkil edib.

Xəbər lenti

Xəbər lenti