...

Azərbaycanda daxil olan internet-trafikin həcmi artıb

Telekommunikasiya Materials 18 Aprel 2011 15:25 (UTC +04:00)

Аzərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

Bu ilin yanvar-mart aylarında Azərbaycanda daxil olan internet-trafikin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,5 milyon dəqiqə artıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci ilin birinci rübünün yekunları üzrə hesabatında bildirilir.

Nazirliyin məlumatına görə, çıxan trafikin həcmi 2,8 milyon dəqiqə artaraq 40,1 milyon dəqiqə təşkil edib.

Ötən dövr ərzində beynəlxalq telefon kanallarının miqdarı 1265 ədəd artaraq 9175 ədəd çatıb.

AZNET seqmentinin buraxılış qabiliyyəti 2,7 dəfə artaraq 40 Gbit/saniyəyə çatıb.

Habelə ötən dövr ərzində Azərbaycan ərazisi vasitəsilə Gürcüstan trafikinin tranziti imkanı təmin olunub.

Qazaxıstanın "KazTransCom" şirkəti ilə optik-lif magistralının Xəzər seqmentinin çəkilişi ilə bağlı "Məxfilik haqqında" saziş imzalanıb. Həmin magistralın çəkilişi çərçivəsində bu gün müvafiq işlər görülür.

Birinci rübün yekunları üzrə Rusiya istiqamətində kabel magistralının çəkilişi və bu magistralın yeni əlavə xəttin çəkilməsi yolu ilə genişləndirilməsinin layihələndirilməsi üzrə işlər başa çatıb.

Xəbər lenti

Xəbər lenti