...

"Azerfon" media monitorinq və PR xidmətlərinə dair tender elan edib

Telekommunikasiya Materials 29 Aprel 2011 17:35 (UTC +04:00)
"Azerfon" MMC media monitorinq və PR xidmətlərinə dair tenderdə iştirak etməyə dəvət edir. Tender təklifi tender sorğusunda göstərilən tender təsnifatına cavab verməlidir və möhürlü zərfdə olmaqla çap halında təqdim olunmalıdır
"Azerfon" media monitorinq və PR xidmətlərinə dair tender elan edib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

"Azerfon" MMC media monitorinq və PR xidmətlərinə dair tenderdə iştirak etməyə dəvət edir. Tender təklifi tender sorğusunda göstərilən tender təsnifatına cavab verməlidir və möhürlü zərfdə olmaqla çap halında təqdim olunmalıdır.

Tender iştirakçısının təklifi aşağıda tenderin son müddəti kimi müəyyən olunmuş tarixdən başlayaraq ən azı 90 təqvim günü müddətində etibarlı hesab olunur.

Tender iştirakçısı təklifi 2011-ci il 23 may tarixində (tenderin son müddəti) iş gününün sonunadək "Azerfon" MMC, bina 20C, Nobel pr. 1240 ünvanına çatdırmalıdır.

Tender ilə əlagədar hər hansı bir sual yarandığı halda yazılı sürətdə [email protected][email protected] elektron ünvanına müraciət etmək olar.

Tenderlə bağlı məlumatları "Azerfon" MMC-yə məxsus olan bu internet səhifəsində əldə etmək olaraq: - http://www.azerfon.az/aboutus/45/, http://www.narmobile.az/az/for-you/about-azerfon/gsm/

Xəbər lenti

Xəbər lenti