...

Azərbaycanın mobil operatorları bütün lazımi sənədləri təqdim etdikdən sonra 3G-yə lisenziya alacaqlar - nazir müavini

Telekommunikasiya Materials 3 May 2011 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Vəliyev/

Mobil rabitə operatorları Azercell və Bakcell-in 3G standartının tətbiqinə lisenziyanın alınması üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim etdikləri sənədlərdə çatışmazlıqlar var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

"Operatorlar bütün tələb olunan sənədləri təqdim etdikdən sonra 3G standartının qurulmasına lisenziya alacaqlar", - Məmmədov bildirib.

Məmmədov bir müddət əvvəl demişdi ki, şirkətlər tərəfindən tezliklərin alınmasına dair sənədlər təqdim edilməyib.

Lisenziyanın hökumət tərəfindən müəyyən edilən rəsmi məbləği 11 min manatdır. Hazırda operatorlar tərəfindən üçüncü nəsil standartlarının tətbiqi üçün LTE UMTS texnologiyaları nəzərdən keçirilir.

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 3G standartlarını tətbiq etmək üçün operatorlar şəbəkələrin istismara verilməsi işlərinin mərhələləri haqqında, avadanlıqların texniki xarakteristikası haqqında, 3G eksperimental zonasının yaradılması təcrübəsi haqqında məlumatlar, həmçinin "Telekommunikasiya haqqında" dövlət qanununa müvafiq olaraq Dövlət Komitəsinin radiotezliklər üzrə rəyini təqdim etməlidirlər.

Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru - Azercell, Bakcell və Azerfon fəaliyyət göstərir. Sonuncu şirkət artıq 3G xidmətinin göstərilməsinə lisenziya alıb.

Xəbər lenti

Xəbər lenti