...

Azercell-in dəstəyi ilə Bakıda "Alış-veriş incəsənətdir" şüarı altında Art Festival keçiriləcək

Telekommunikasiya Materials 12 May 2011 17:48 (UTC +04:00)
Mayın əvvəlində Bakıda beynəlxalq "Muzey gecələri" aksiyası çərçivəsində maraqlı layihə həyata keçiriləcək. Paytaxtımızın mərkəzində yerləşən, alış-verişin və istirahətin əsas ünvanı sayılan Park Bulvarda "Alış-veriş incəsənətdir" şüarı altında Art Festival baş tutacaq. Azercell-in dəstəyi ilə baş tutan aksiya Park Bulvarı sərgi qalereyasına çevirəcək
Azercell-in dəstəyi ilə Bakıda "Alış-veriş incəsənətdir" şüarı altında Art Festival keçiriləcək

Azərbaycan, Bakı, 12 may /Trend/

Mayın əvvəlində Bakıda beynəlxalq "Muzey gecələri" aksiyası çərçivəsində maraqlı layihə həyata keçiriləcək. Paytaxtımızın mərkəzində yerləşən, alış-verişin və istirahətin əsas ünvanı sayılan Park Bulvarda "Alış-veriş incəsənətdir" şüarı altında Art Festival baş tutacaq. Azercell-in dəstəyi ilə baş tutan aksiya Park Bulvarı sərgi qalereyasına çevirəcək.

Trend-in məlumatına görə, 13-20 may tarixləri arasında davam edəcək aksiya çərçivəsində həm Azərbaycanda, həm də xarici ölkələrdə tanınan istedadlı rəssam və heykəltəraşların əsərlərinin nümayişi və satışı həyata keçiriləcək. Bir sözlə, Bakının ən cəlbedici alış-veriş mərkəzi bir həftəliyinə sərgi qalereyasına çevriləcək.

Art Festivalın əsas məqsədi gənc rəssam və heykəltəraşlara öz qabiliyyətlərini nümayiş etdirmək üçün şərait yaratmaq, yaradıcılıq yolunda onlara dəstək olmaqdır. Digər tərəfdən, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların və xarici şirkət nümayəndələrinin diqqətini Azərbaycan mədəniyyətinə yönəltmək də layihənin məqsədləri sırasına daxildir.

Festivalın "İncə gecə" adı altında keçiriləcək açılış mərasimində qonaqların portretləri çəkiləcək. Həmin gün Park Bulvarda alıcılar üçün sərgi, daha sonra isə xeyriyyə məqsədilə hərrac təşkil olunacaq. Festival çərçivəsində Azərbaycanın bir sıra incəsənət xadimləri Art-Council (İncəsənət Şurası) təşkilatı tərəfindən mükafatlandırılacaq.

Bu innovativ layihə "Expo org" təşkilatı ilə Park Bulvar tərəfindən təşkil olunur. Festival "Azercell Telekom" MMC-nin yardımı ilə baş tutur. Azərbaycan incəsənətinin inkişafına töhfə verən təşəbbüsləri daim dəstəkləyən Azercell şirkəti Art Festival layihəsinin bu baxımdan böyük önəm daşıdığını vurğulayır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində Beynəlxalq Muzeylər Günü ərəfəsində "Muzey gecələri" adı altında beynəlxalq aksiyalar keçirilir. Azərbaycan da Art Festival aksiyası ilə həmin ölkələr sırasına daxil olur.

Bu layihə "Azercell Telekom" MMC-nin Park Bulvarla ilk əməkdaşlığı deyil. Ötən ilin sonunda Azercell-in bütün abonentlərinin ürəyincə olan "Onlar da hədiyyə gözləyir" adlı Yeni il layihəsi məhz Park Bulvarda baş tutub. Həmin layihə çərçivəsində 320 kimsəsiz uşaq bayram ərəfəsində arzu etdikləri yeni il hədiyyələrini aldılar.

Xəbər lenti

Xəbər lenti