...

MDB ölkələrinin nümayəndələri Azərbaycanda rouminq tariflərinin azadılmasını müzakirə edirlər (FOTO)

Telekommunikasiya Materials 24 May 2011 13:55 (UTC +04:00)
Mobil rabitənin rouminq tariflərinin azaldılması məsələsinə Regional Rabitə Birliyinin (RRB) bu gün Bakıda başlayan rabitə iqtisadiyyatı komissiyasının 27-ci iclası çərçivəsində baxılır.
MDB ölkələrinin nümayəndələri Azərbaycanda rouminq tariflərinin azadılmasını müzakirə edirlər (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir H.Vəliyev/

Mobil rabitənin rouminq tariflərinin azaldılması məsələsinə Regional Rabitə Birliyinin (RRB) bu gün Bakıda başlayan rabitə iqtisadiyyatı komissiyasının 27-ci iclası çərçivəsində baxılır.

"İclas iştirakçıları rouminq tariflərinin azaldılması yollarını və MDB məkanında onların minimum səviyyəsinin müəyyən edilməsi imkanlarına baxmalıdırlar. Həmçinin, bu məsələnin detalları, əsas etibarilə bu sahədə qiymətyaratma və MDB-nin bütün ölkələrində tariflərin hesablanması metodologiyası müəyyən edilməlidir. Müvafiq olaraq, bu sahədə digər ölkələrin təcrübəsi də öyrənilməlidir ki, bu da əlbəttə ki, Azərbaycan tərəfi üçün də faydalıdır", - Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

İclas çərçivəsində MDB məkanında rouminq tariflərinin azaldılmasına dair növbəti təklifin, rouminq xidmətləri tariflərinin azaldılması məsələsi üzrə bir-biri ilə qarşılıqlı əlaqədə olan MDB operatorlarına tövsiyələrin irəli sürüləcəyi gözlənilir.

"RRB-də bu istiqamətdə iş tövsiyə xarakteri daşıyır. Sonda hər bir ölkə digərlərinin təcrübəsindən istifadə etməklə hər hansı addım ata bilər. Tariflər birtərəfli qaydada azaldıla bilməz, müvafiq olaraq bunun üçün MDB ölkələri operatorlarının operatorlararası səviyyədə razılaşmaya nail olmaq məqsədilə sıx əməkdaşlığı vacibdir", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti