...

Azərbaycan birinci peykin buraxılışı üçün daha bir kredit alacaq

Telekommunikasiya Materials 16 İyul 2011 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın birinci telekommunikasiya peyki Azerspace-in orbitə buraxılması üçün 80 milyon dollara yaxın kredit sazişinin yaxın üç ay ərzində imzalanacağəı gözlənilir. Bu brəsə Trend-ə şənbə günü layihəyə yaxın mənbə məlumat verib.

Hazırda Azərbaycanın Rabitə və İnformasiya Txnologiyaları Nazirliyi Fransanın Arianspace şirkəti tərəfindən orbitə çıxarılacaq Azərbaycanın birinci telekommunikasiya peyki Azerspace-in buraxılışının maliyyələşdirilməsi üçün kreditin alınması üzrə danışıqlara başlayıb.

Artıq Fransanın Sosiete Generale və SMBC bankları Fransanın COFASE ixrac-kredit agentliyindən kreditin alınması ilə bağlı danışıqlara başlayıb.

"Azerspace" peykinin istehsal dəyəri 94 milyon manat təşkil edir ki, bunun 20 milyon manatı artıq dövlət büdcəsi vəsaiti hesabına ödənilib. Yerdə qalan 85 milyon manat, eləcə də əlavə xərclər üzrə vəsaitlər "US Ex-Im" krediti kimi Azərbaycana ayrılacaq.
"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.
Rabitə Nazirliyinin planlarına görə, ilk peykin 2012-ci ilin iyununda orbitə çıxarılacağı gözlənilir.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. "Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 GHz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 GHz) təchiz olunacaq.Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

Rabitə Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri peykin resurslarının satışıdır. İdarə "Azerspace"in resurslarının 80 faizini beynəlxalq bazara çıxarmaq, yerdə qalan 20 faizindən isə respublikadaxili səviyyədə istifadə etmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti