...

Rabitə Nazirliyi Azərbaycanın mobil operatorlarından qiymətləri azaltmağı tələb edir

Telekommunikasiya Materials 29 İyul 2011 14:12 (UTC +04:00)
Azercell və Bakcell rabitə operatorları arasında qarşılıqlı münasibətlərin hazırlanan və təsdiq edilən qaydalarını qəbul etdikdən sonra onlara 3G standartında xidmətlərin göstərilməsinə lisenziya veriləcək.
Rabitə Nazirliyi Azərbaycanın mobil operatorlarından qiymətləri azaltmağı tələb edir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın mobil operatorları Azercell və Bakcell rabitə operatorları arasında qarşılıqlı münasibətlərin hazırlanan və təsdiq edilən qaydalarını qəbul etdikdən sonra onlara 3G standartında xidmətlərin göstərilməsinə lisenziya veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Lakin nə Azercell, nə də Bakcell nədənsə bunu etməyə tələsmirlər", - Abbasov bildirib.

Nazirin qeyd etdiyinə görə, bu qaydalar sadədir. Qaydalar Azərbaycan Nazirlər Kabineti tərəfindən "Telekommunikasiyalar haqqında" qanuna uyğun olaraq təsdiq edilib.

"Qaydalara uyğun olaraq operatorların şəbəkələri tənzimləyici orqan kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün şəffaf olmalıdır, operatorlararası trafiki nazirlik görməlidir. Bu ona görə lazımdır ki, idarəetmə təkmilləşsin", - nazir qeyd edib.

"İkinci amil nömrələrin daşınması sisteminin tətbiqidir. Operatorlar, xüsusilə də Azercell bu məsələdə istək nümayiş etdirmir", - Abbasov vurğulayıb.

Onun sözlərinə görə, bu sistem bütün inkişaf etmiş ölkələrdə tətbiq edilir. Nömrələrin daşınması qaydaları artıq Nazirlər Kabineti tərəfindən təsdiq edilib və Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.

Qaydalarda göstərilən üçüncü amil operatorlararası trafikin qiymətidir.

"İndi bu, 0,05 manatdır. Yəni bu gün operatorlar bir-birinə hər dəqiqə üçün 5 qəpik ödəyirlər. Bu, ümumi dəyərin artmasına səbəb olur", - Abbasov əalvə edib.

Nazirin sözlərinə görə, nazirlik artıq operatorlararası trafikin 0,02 qəpiyədək azaldılması barədə qərar qəbul edib. "Lakin operatorlar - Azercell və bəzən də Bakcell bununla razılaşmır", - nazir qeyd edib.

Hazırda Azərbaycanın 3 mobil rabitə operatorundan - Azercell, Bakcell və Azerfon şirkətlərindən yalnız sonuncu 3G standartında xidmətlərin göstərilməsinə lisenziyaya malikdir.

Xəbər lenti

Xəbər lenti