...

Azərbaycanın dövlət rabitə operatoru paytaxtın iki ATS-nin NGN şəbəkəsi əsasında yenidən qurulmasını başa çatdırıb

Telekommunikasiya Materials 1 Sentyabr 2011 15:26 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, İB 493/498 ATS-lərin yenidən qurulması işlərini tamamlayıb.

Yeni stansiyalar NGN (Next Generation Network - yeni nəsil şəbəkə) texnologiyaları əsasında qurulub. Hazırda rabitə operatoru həmin stansiyaların köhnə nömrələrinin yeni bazaya yüklənməsi üzrə işləri tamamlamaq üzrədir. Nömrələrin köçürülməsi əməliyyatı başa çatdıqdan sonra həmin ATS-lərin "4" rəqəmi ilə başlayan abonent nömrələrinin (493/498) son altı rəqəmi saxlanılmaqla ilk rəqəmi "5" ilə əvəzlənəcək (593/598). Digər tərəfdən, indiyə kimi fəaliyyət göstərən 598 saylı ATS sözügedən yeni 598 ATS ilə birləşdiriləcək.

Adıçəkilən ATS-in nömrə tutumu yeni şəbəkə sisteminə keçiddən sonra otuz min ədəd artırılacaq.

NGN-in tətbiqi istehsalat birliyinin prioritet vəzifələrindən biridir. Operator onun köməyi ilə uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının dəstəklənməsinə nail olmağa çalışır. Regional telefon şəbəkələrinin NGN texnologiyasına keçidi operatopa telefon şəbəkələrinin nömrə tutumunu artırmaqla yanaşı, rabitənin ənənəvi xidmətləri ilə birlikdə IP-telefoniya, genişzolaqlı internet və IP-TV kimi xidmətləri də göstərməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti