...

Rabitə Nazirliyi elektron imzaların dəyərini açıqlayıb

Telekommunikasiya Materials 7 Sentyabr 2011 12:29 (UTC +04:00)
Əhali, hüquqi şəxslər, biznes-strukturlar və dövlət müəssisələri işçiləri üçün elektron rəqəmli imzaların dəyəri ƏDV nəzərə alınmaqla ildə 14 manatdan 60 manatadək olacaq.
Rabitə Nazirliyi elektron imzaların dəyərini açıqlayıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir H.Vəliyev/

Əhali, hüquqi şəxslər, biznes-strukturlar və dövlət müəssisələri işçiləri üçün elektron rəqəmli imzaların dəyəri ƏDV nəzərə alınmaqla ildə 14 manatdan 60 manatadək olacaq. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çərşənbə bildirib.

Əhali üçün imzaların qiyməti ƏDV nəzərə alınmaqla ildə 14 manat təşkil edəcək. İmzaların hüquqi şəxslər, biznes-strukturlar üçün qiyməti ildə 60 manat, dövlət müəssisələri işçiləri üçün isə 135 manat (üç illik) olacaq.

"Biz xarici ölkələrdəki vəziyyəti analiz edərək, elektron rəqəmli imzaların optimal dəyərini müəyyən etmişik. İmzaların bu qiymətləri ilkin qiymətlərdir və 2012-ci il yanvarın 15-dək qüvvədədir", - Məmmədov bildirib.

Gələn il yanvarın 15-dən sonra imzaların qiymətlərinə yenidən baxıla bilər.

Xəbər lenti

Xəbər lenti